Juice Wrld | |
---|---|
ing. Juice WRLD | |
Ümumi məlumatlar | |
Doğum adı | Jarad Anthony Higgins |
Ləqəbləri | Juice WRLD, JuiceTheKidd |
Doğum tarixi | 2 dekabr 1998[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2019[2][3][…] (21 yaşında) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2015–2019 |
Janrlar | hip-hop[d][5], trep[6], alternativ rok, pop rep[d], alternativ hip-hop |
Albom şirkətləri | Interscope Records, Polydor Records |
juicewrld999.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; 2 dekabr 1998[1], Çikaqo, İllinoys[4][1] – 8 dekabr 2019[2][3][…]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[7][8]
Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başladı. O, 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağladı. O, "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazandı, bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəldi və almaz sertifikata layiq görüldü. Bu mahnı onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı ilk uğurlu albomuna daxil edilmişdi. Albomun həmçinin digər dörd mahnısı da hit olmuşdu: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etdi. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlandı. Bu albomda yer alan "Robbery" sinqlı onun Billboard 200 çartında birinci pilləyə yüksələn ilk mahnısı olmuşdu.
Juice Wrld 9 dekabr 2019-cu ildə narkotikin həddindən artıq dozasından həyatını itirib.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search